
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Şuşa şəhərinin düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nəcəfov Yaqub Məhəmməd oğlunun bu gün doğum günüdür. Yaqub 07 iyul 2000-ci ildə ildə Culfa şəhərində anadan olmuşdur. Şəhidimizin doğum günü münasibətilə məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının və digər idarə, müəssisə təşkilatların əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov, anası Xuraman Zeynalova, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova və digər çıxış edənlər Yaqubun keçdiyi döyüş yolundan bəhs etmiş və şəhidlərimizin əziz xatirəsinə öz ehtiramlarını bildirmişdirlər. Sonda məktəblilər şəhidimizə həsr olunmuş şeirlər səsləndirmişdir.