Şəhid Zeynalov Mehdi Abbas oğlu anım günündə yad edilib

2015-ci il aprel ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Zeynalov Mehdi Abbas oğlunun xatirəsi məzarı başında anılıb.

Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə müəssisə əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər.