
Torpaqlarımızı düşmən tapdağından qorumaq üçün böyük şücaət göstərən qəhrəmanlarımızdan Seyidov Mirəyyub Miryusif oğlu 1992-ci il iyun ayının 23-də Sədərək kəndi uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlmişdir. Şəhidimizin anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin Culfa rayon Sektorunun əməkdaşları və şəhidin ailə üzvləri məzarı başında yad ediblər.