Şəhidimizin anım günü məzarı başında ehtiramla yad edildi.

1993-cü ilin iyun ayının 2-də xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksələn Mustafayev Müşfiq Məmməd oğlunun anım günündə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidimizin ailə üzvləri məzarı başında yad ediblər.