
1992-ci ilin bu günü Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlər zamanı şəhid olan Mahmud Zeynalovun anım mərasimi keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və kənd ictimaiyyəti iştirak edib.