
Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Çünki onların ömür yolu və göstərdikləri fədakarlıq hər bir azərbaycanlı üçün əsl örnəkdir.
Qısa, lakin mənalı ömür yaşayan və həyatını torpaqlarımızın azadlığına qurban verən igidlərimizdən olan şəhid Sahib Məmmədovun bu gün doğum günüdür. Sahib 1989-cu ilin 13 noyabrında Culfa rayonunun Yaycı kəndində dünyaya gəlib.
Şəhidimizin doğum günü münasibətilə keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə nümayəndələri, eləcə də şəhid ailələri iştirak ediblər.
Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla şəhid Sahib Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.