Şəhidlər heç vaxt unudulmur!

1992-ci ilin may ayının 21-də Sədərək kəndinin Miltəpə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Ağayev Əliqulu İbrahim oğlunun bu gün anım günüdür. Şəhidimizin ildönümündə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Sosial Xidmətlər Agentliyinin Culfa rayon Sektorunun əməkdaşları və ictimaiyyət nümayəndələri məzarı başında yad ediblər.