
Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı və Culfa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Qəhrəmanlarımızı tanıyaq" layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə 44 günlük Vətən müharibəsi şəhidi Quliyev Kənan Vaqif oğlunun ailəsi ziyarət edilib. Görüş zamanı şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq nümunələrindən bəhs olunub. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların həyat yolunun gənc nəslə tanıdılması vətənpərvərlik ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda iştirakçılar şəhid ailəsi ilə xatirə şəkli çəkdirərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.