Səyyari qəbullar davam edir

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçısnın səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova vətəndaşların səyyar qəbulu qrafikinə uyğun olaraq növbəti qəbulunu Qazançı kəndində keçirib. 

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə və təşkilat rəhbərlərinin, kənd icra nümayəndəsinin iştirak etdiyi qəbulda Sara xanım sakinləri narahat edən məsələlərlə yaxından tanış olub, təkliflərini dinləyib. Qəbul zamanı araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaratdığı  üçün ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.