Səyyari vətəndaş qəbulu keçirilib

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən əhalini narahat edən problemlərin yerlərdə operativ həlli məqsədi ilə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçı səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova növbəti səyyar qəbulunu rayonun Xoşkeşin kəndində keçirib. Qəbulda  icra hakimiyyətinin məsul əməkdaşları, idarə, təşkilat rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və vətəndaşlar iştirak ediblər.