
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində kiçik yaşlı uşaqlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Turnirin sonunda qalib və fərqlənən iştirakçılar diplomlarla təltif ediliblər.