Şahmat üzrə rayon turniri keçirilib

Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon Gənclər  və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə ümumtəhsil məktəblərin qız şagirdləri arasında şahmat üzrə rayon turniri keçirilib. 

Qalib və fərqlənən şahmatçılar təşkilatçılar tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.