
Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Seyidov Miryasin Mirqafar oğlunun doğum günü münasibətilə məktəblilər arasında şahmat üzrə rayon turniri keçirilib.
Tədbirə başlamazdan əvvəl Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və turnirin əhəmiyyəti barədə iştirakçılara məlumat verilib.
Yarışın sonunda qalib və fərqlənən iştirakçılar diplomlarla təltif ediliblər.