Saltaq kəndində Zəfər Günü ilə bağlı tədbir keçirilib

Saltaq kənd icra nümayəndəliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd məktəbinin şagirdləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirakçılar 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar.

Sonda məktəblilər Zəfər Gününə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.