Ağayev Əliqulu İbrahim oğlu

Vəzifəsi: Əsgər

Şəhidlərimiz bizim and yerimiz, qürur mənbəyimizdir. Ona görə ki, bu Vətən sevdalıları tərəddüd etmədən, ölümün gözünə dik baxaraq torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Öz cəsarətləri ilə düşmənə sübut ediblər ki, Vətən torpağının hər qarışı onlar üçün müqəddəsdir. Yurdumuzu yağı düşməndən qoruyarkən canından keçən qəhrəmanlarımızdan olan Ağayev Əliqulu İbrahim oğlu Sədərək kəndinin müdafiəsi uğrunda gedən qızğın döyüşlərin birində şəhidlik zirvəsini fəth etməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

Ağayev Əliqulu 1948-ci il avqustun 11-də Culfa rayonunun Yaycı kəndində anadan olub. O, Yaycı kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirdikdən sonra Bakı şəhərində “Mexanizator” peşəsi üzrə təhsil alır. Əliqulu Ağayev peşə məktəbini bitirdikdən sonra hərbi xidmətdə yollanır. 1992-ci ildə Ermənilərin Sədərəyə hücumu zamanı döyüşlərdə şücaəti ilə seçilən şəhid Əliqulu strateji döyüş mövqelərinin müdafiəsində böyük qəhrəmanlıq göstərir.  21 may 1992-ci ildə Mil dağı uğrunda gedən döyüşlər zamanı Ağayev Əliqulu İbrahim oğlu şəhidlik zirvəsinə ucalır. İki övladı olan şəhidimiz Yaycı kənd qəbiristanlığında dəfn olunub.