Vəzifəsi: Əsgər
Aslanov Elsevər Eldar oğlu 1973-cü il yanvarın 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. 1979-1990-cı illərdə Qazançı kənd tam orta məktəbində təhsilini bitirərək 1991-ci ildə hərbi xidmətə çağırılır. Elsəvər 1992-ci ilin aprel ayından Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edir. O, vətənin hər qarış torpağını öz canından üstün tutaraq əsl qəhrəmanlıq nümayiş etdirir, düşmənin bir addım da irəliyə gəlməməsi üçün əlindən gələni edir. Elsəvər Aslanov 1992-ci il noyabrın 20-də Sədərək kəndi istiqamətində gedən döyüşdə düşmənin növbəti hücumunun qarşısını alan zaman şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Qazançı kənd qəbiristanlığında dəfn olunub.