Vəzifəsi: Əsgər
Bayramov Bağır Tahir oğlu 1981-ci il iyul ayının 4-də Culfa rayonunun Yaycı kəndində anadan olub. Yaycı kənd 1 nömrəli tam orta məktəbdə təhsilini başa vuran Bağır 1998-ci ilin fevral ayında hərbi xidmətə çağırılır. Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissədə ön mövqedə Vətənin keşiyində duran Bağır Bayramov 17 dekabr 2000-ci ildə namərd düşmənin gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur. Subay olan şəhidimiz Yaycı kənd qəbiristanlığında dəfn olunub.