Vəzifəsi: Əsgər
Cəbiyev Elşən Fərəc oğlu 1968-ci il avqust ayının 2-də Sisyan rayonunun Comərdli kəndində anadan olub. Elşən ilk təhsilini doğulduğu Comərdli kənd tam orta məktəbində alır. 1988-ci ildə erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində ailəsi ilə birlikdə Culfa şəhərinə köçür. O, Azərbaycan Milli Qvardiyasının əsgəri olmasına bazmayaraq cəbhədə gedən ağır döyüşlərdə də fəal iştirak edir. Elşən Cəbiyev 4 iyun 1993-cü ildə “Gəncə hadisələri” kimi tarixə düşən, hökumətə tabe olmayan təxribatçılarla baş verən toqquşmada şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.