Vəzifəsi: Gizir
Əhmədov Məsum Əhməd oğlu 1965-ci il avqust ayının 17-də Culfa rayonunun Camaldın kəndində anadan olub. Camaldın kənd tam orta məktəbində təhsilini bitirən Məsum Sovet ordu sıralarına hərbi xidmətə çağırılır. 1986-cı ildə Vətənə qayıdan Məsum Əliyev əvvəlcə Culfa rayonunda polis, daha sonra isə gizir rütbəsi ilə hərbçi kimi fəaliyyət göstərir. Məsum Əhmədov 11 iyun 1997-ci ildə xidmət etdiyi Şahbuz rayonunun Salvartı yüksəkliyində düşmən hücumunun qarşısını alarkən şəhid olur. Ailəli olan şəhidimiz Camaldın kənd qəbiristanlığında dəfn olunub.