Hüseynov Cəfər Əlmüzəffər oğlu

Vəzifəsi: Əsgər

Hüsyenov Cəfər Əlmüzəffər oğlu 1980-ci il noyabrın 28-də Culfa şəhərində anadan olub. Cəfər Culfa şəhər 2 nömrəli tam orta məktəbini bitirdikdən sonra 1999-cu il yanvar ayının 2-də həqiqi hərbi xidmətə çağırılır. Şahbuz rayonunun Ermənistanla sərhəd bölgəsində xidməti vəzifəsini yerinə yetirən Cəfər Hüseynov 1999-cu il sentyabr ayının 22-də ən ali mərtəbəyə - şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Culfa şəhər qəbiristanlığında dəfn olunub.