Vəzifəsi: Əsgər
Hüseynov Coşqun Hüseyn oğlu 1973-cü il dekabrın 21-də Culfa rayonunun Teyvaz kəndində anadan olub. O, 1980-1990-cı illərdə Teyvaz kənd tam orta məktəbində təhsil alıb. 1991-ci ildə həqiqi hərbi xidmətə çağırılan Coşqun erməni quldurlarının vətənimizə hücumunun qarşısının alınmasında böyük qəhrəmanlıq göstərib, Sədərək uğrunda gedən döyüşlərdə öz şücaəti ilə seçilib. Coşqun Hüseynov 1992-ci ilin may ayının 19-da erməni işğaçılarının Sədərəyə növbəti hücumu zamanı gedən döyüşlərdə düşmənin snayperdən açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olur. Subay olan şəhidimiz Teyvaz kənd qəbiristanlığında dəfn olunub.