Hüseynov Şamil Telman oğlu

Vəzifəsi: Əsgər

Hüseynov Şamil Telman oğlu 1972-ci il avqustun 19-da Culfa rayonunun Bənəniyar kəndində anadan olub. O, təhsil aldığı Bənəniyar kənd tam orta məktəbini bitirdikdən sonra Sovet ordu sıralarında xidmətə çağırılır. Hərbi xidmətini bitirərək doğma kəndinə qayıdan Şamil könüllü olaraq yenicə yaranmaqda olan Azərbaycan Milli Ordusuna könüllü olaraq qatılır. Naxçıvanın qeyrət qalası Sədərəyin erməni quldurlarından qorunmasında fəal iştirak edən Şamil Hüseynov 1992-ci il mayın 18-də Mil dağı istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Bənəniyar kənd qəbiristanlığında dəfn olunub.