Vəzifəsi: Əsgər
Hüseynov Samir Hüseyn oğlu 1980-ci il yanvar ayının 6-da Culfa şəhərində anadan olub. 1986-1997-ci illərdə Culfa şəhər 1 nömrəli tam orta məktəbə təhsil alan Samir 1999-cu ildə həqiqi hərbi xidmətə yollanır. Muxtar respublikada yerləşən “N” hərbi hissədə xidmət edən Samir Hüseynov 5 avqust 1999-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Culfa şəhər qəbiristanlığında dəfn olunub.