İmanov İbrahim Ramazan oğlu

Vəzifəsi: Əsgər

İmanov İbrahim Ramazan oğlu 1962-ci il mayın 10-da Culfa rayonunun Yaycı kəndində anadan olub. Yaycı kənd 2 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1981-ci ildə hərbi xidmətə çağırılır. Ermənilərin Azərbaycana elan olunmamış müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qatılan İbrahim İmanov Ordubad rayonu ətrafında yerləşən yüksəkliklərin müdafiəsində iştirak edir. İbrahim döyüş tapşırığını icra edən birləşmələrimizin tərkibində düşmənə qarşı göstərdiyi şücaəti ilə seçilir. İmanov İbrahim 24 iyun 1992-ci ildə Ordubad rayonu istiqamətində gedən döyüşdə şəhid olub. İki övladı olan şəhidimiz Yaycı kənd qəbiristanlığında dəfn olunub.