Əliyev Həbib Çingiz oğlu

Vəzifəsi: Əsgər

Əliyev Həbib Çingiz oğlu 1973-cü il iyunun 30-da Culfa rayonunun Qazançı kəndində anadan olub. 1980-1990-cı illərdə Qazançı kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra 1991-ci ildə hərbi xidmətə çağırılır. Şahbuz rayonunun yüksəkliklərində mövqe tutan ordu birləşmələrimizin tərkibində Vətənin keşiyində duran Həbib Əliyev 27 may 1994-cü ildə Buzqov kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olur. Subay olan şəhidimiz Qazançı kənd qəbiristanlığında dəfn olunub.