Əliyev Hüseyn Abbas oğlu

Vəzifəsi: Əsgər

Əliyev Hüseyn Abbas oğlu 18 yanvar 1972-ci il tarixdə Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1979-1980-ci illərdə Bənəniyar kənd tam orta məktəbində təhsil alan Hüseyn 1991-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılır. Sovet Ordusunda xidmət edən Hüseyn erməni quldurlarının ölkəmizə qarşı başlatdığı elan olunmamış müharibə zamanı Sovet ordu sıralarını tərk edərək Vətənə qayıdır və bir müddət Beyləqan rayonunda, daha sonra isə Şahbuz rayonunda yerləşən hərbi hissədə xidmətini davam etdirir. Hüseyn Əliyev 18 avqust 1995-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur. Subay olan şəhidimiz Bənəniyar kənd qəbiristanlığında dəfn olunub.