Vəzifəsi: Əsgər
Əliyev Kamran Yaqub oğlu 1971-ci il iyulun 15-də Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1988-ci ildə Əbrəqunus kənd tam orta məktəbini bitirdikdən sonra Ukrayna Respublikasında texnikuma qəbul olunur. Təhsilini başa vurduqdan sonra Vətənə qayıdan Kamran ordu sıralarına yazılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atılır. Kamran Əliyev Sədərək kəndi uğrunda gedən döyüşlərdə qorxmazlığına görə əsgər yoldaşları arasında “Tampo” ləqəbi ilə şöhrət qazanır. O, 18 may 1992-ci ildə Sədərək kəndi istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olur. Subay olan şəhidimiz Əbrəqunus kənd qəbiristanlığında dəfn olunub.