Vəzifəsi: Əsgər
Əliyev Nəzmi Həsən oğlu 1973-cü il avqust ayının 3-də Culfa rayonunun Milax kəndində anadan olub. 1988-ci ildə Milax kənd tam orta məktəbinin 8-ci sinfini başa vuraraq Yaycı kəndində fəaliyyət göstərən Texniki Peşə Məktəbinə daxil olan Nəzmi 1991-ci ildə hərbi xidmətə çağırılır. Nəzmi Əliyev 1993-cü ilin mart ayının 13-də Naxçıvanın müdafiə qalası hesab olunan Sədərək kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay olan şəhidimiz Milax kənd qəbiristanlığında dəfn olunub.