Məmmədli Nicat Rizvan oğlu

Vəzifəsi: Leytenant

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də leytenant Məmmədli Nicat Rizvan oğludur. O, göstərdiyi şücaət və yüksək döyüş hazırlığı ilə şanlı Zəfər tariximizin qəhrəman simalarından birinə çevrilmişdir. Nicat Məmmədli 1999-cu il iyul ayının 31-də Culfa şəhərində dünyaya göz açmışdır. Nicat orta təhsilini Culfa şəhər 2 nömrəli tam orta məktəbdə aldıqdan sonra 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. O, 2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrindədə xidmətə başlamışdır. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak edən Nicat Məmmədli Ağdam, Ağdərə və Füzuli istiqamətlərində gedən ağır döyüşlərdə yüksək döyüş əzmi və peşəkarlıq nümayiş etdirmişdir. Nicat 2020-ci il oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz dövlət başçısının sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

 

Subay olan şəhid Nicat Məmmədli Culfa şəhər qıbristanlığında dəfn olunub.