Vəzifəsi: Əsgər
Məmmədov Ramal İslam oğlu 1 dekbar 1986-cı ildə Culfa şəhərində anadan olub. Ramal 2004-ci ildə Culfa şəhər 1 nömrəli orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbçi peşəsinə olan sevgisindən Ramal 2010-2011-ci illərdə yazıldığı kursu uğurla başa vuraraq Culfa rayonunda yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq fəaliyyət göstərir. Ramal Məmmədov 13 mart 2013-cü ildə keçirilən komanda-məntəqə təliminin icrası zamanı şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Culfa şəhər qəbiristanlığında dəfn olunmuşdur.