Vəzifəsi: Əsgər
Məmmədov Sənan Hidayət oğlu 1998-ci il iyun ayının 28-də Culfa rayonunun Yaycı kəndində anadan olub. Sənan orta təhsilini bitirdikdən sonra 2017-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər kimi xidmətə başlayır. Tərtər rayonunu ərazisində düşmənlə üzbəüz mövqedə torpaqlarımızın keşiyində dayanan qəhrəmanımız 2018-ci il yanvar ayının 11-də xidməti vəzifəsini yerinə yetirərkən xain düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalır. Subay olan şəhidimiz Yaycı kənd qəbiristanlığında dəfn olunub.