Məmmədov Yaşar Allahverdi oğlu

Vəzifəsi: Əsgər

Məmmədov Yaşar Allahverdi oğlu 1977-ci il sentyabrın 21-də Culfa rayonunun Xanəgah kəndində anadan olub. 1984-1994-cü illərdə Xanəgah kənd tam orta məktəbində təhsil alan Yaşar 1995-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılır. Yaşar hərbi qulluqçu kimi əvvəlcə Naxçıvanda yerləşən hərbi hissədə, daha sonra Ağdam və Beyləqan rayonlarında ön cəbhədə xidmət edir. Yaşar Məmmədov 1997-ci il sentyabr ayının 26-da xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Subay olan şəhidimiz Xanəgah kənd qəbiristanlığında dəfn olunub.