Mustafayev Müşfiq Məmməd oğlu

Vəzifəsi: Leytenant

Mustafayev Müşfiq Məmməd oğlu 1966-cı il yanvarın 18-də Culfa şəhərində anadan olub. O, 1973-1983-cü illərdə 38 nömrəli Culfa şəhər dəmiryol məktəbində (indiki Culfa şəhər 2 nömrəli tam orta məktəbi) təhsil alır. Məktəbi bitirdikdən sonra, 1983-cü ildə Azərbaycan Neft-Kimya İnstitunun Geoloji Kəşfiyyat fakültəsinin qiyabi bölməsinə qəbul olunur və elə həmin ildə də ordu sıralarına çağırılr. Hərbi xidmətini 1985-ci ildə başa vuraraq təhsilinə qaldığı yerdən davam edən Müşfiq oxuduğu universiteti qırmızı diplomla bitirir və Naxçıvan Sərhəd Dəstəsində leytenant rütbəsi ilə ilk işinə başlayır. Daha sonra Naxçıvan Hava Limanına komendant təyin edilən Müşfiq Mustafayev 1993-cü il iyunun 2-də xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik məqamına yüksəlir. Subay olan şəhidimiz Culfa şəhər qəbiristanlığında dəfn olunub.