Quliyev Kənan Vaqif oğlu

Vəzifəsi: Əsgər

Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçən igid Vətən övladları xalqımızın yaddaşında daim qürurla yaşayacaq, xatirələri hörmət və ehtiramla anılacaqdır. Belə qəhrəmanlarımızdan biri də şəhid Quliyev Kənan Vaqif oğludur. Kənan 1992-ci il sentyabr ayının 11-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur. Şəhid Kənan Quliyev 1998–2009-cu illərdə Culfa şəhər 2 nömrəli tam orta məktəbində təhsil almış, 2010-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2019-cu ildən etibarən isə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyət göstərmişdir. Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılan Kənan Quliyev, 2020-ci il oktyabrın 22-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Kənan Quliyev Culfa şəhər qəbiristanlığında dəfn olunmuşdur.