Ramazanov Hidayət Əjdər oğlu

Vəzifəsi: Əsgər

Ramazanov Hidayət Əjdər oğlu 1973-cü il sentyabrın 6-da Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, Əbrəqunus kənd tam orta məktəbini bitirdikdən sonra Rusiyanın Samara şəhərində yerləşən Əlvan Metallurgiya Texnikumuna qəbul olunur. Hidayət Ramazanov hərbi xidmətə çağırılarkən Sovet Ordusunda xidmətdən imtina edir, Vətənin dar günündə Naxçıvana qayıdaraq ordu sıralarına yazılır və ilk gündən də Sədərək kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir. Hidayət 1992-ci il may ayının 18-də Sədərək kəndi uğrunda gedən döyüşdə şəhid olub. Subay olan şəhidimiz Əbrəqunus kənd qəbiristanlığında dəfn olunub.