Seyidov Mirəyyub Miryusif oğlu

Vəzifəsi: Çavuş

Seyidov Mirəyyub Miryusif oğlu 1966-cı il noyabrın 10-da Culfa rayonunun Camaldın kəndində anadan olub. 1973-1981-ci illərdə Camaldın kənd orta məktəbində təhsil alan Mirəyyub daha sonra Yaycı kəndindəki Texniki Peşə Məktəbində təhsilini davam etdirir. Peşə məktəbini bitirərək hərbi xidmətə yollanan Mirəyyub Seyidov 1986-cı ildə Vətənə qayıdaraq Culfa Rayon Polis Şöbəsinin post-patrul xidmətində polis nəfəri kimi fəaliyyətə başlayır. Mirəyyub 90-cı illərin əvvəllərində Ermənistan ordusunun Vətənimizə hücumu zamanı Sədərək kəndinin müdafiəsinə qalxan qəhrəmanların sırasına qatılır və döyüş yoldaşları ilə birlikdə çiyin-çiyinə dayanaraq düşmənə qarşı ata-baba yurdumuzu müdafiə edir. Mirəyyub Seyidov 1992-ci il iyunun 23-də Sədərək kəndi istiqamətindı gedən qızğın döyüş zamanı şəhidlik məqamına yüksəlir. İki övladı olan şəhidimiz Camaldın kənd qəbiristanlığında dəfn olunub.