Vəzifəsi: Əsgər
Zeynalov Mehdi Abbas oğlu 1979-cu il avqust ayının 8-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1986-1997-ci illərdə doğulduğu kəndə təhsilini başa vuran Mehdi 1998-ci ildə həqiqi hərbi xidmətə yollanır. Mehdi bir müddət müxtəlif işlərdə çalışsa da 2012-ci ilin aprel ayından etibarən Culfa rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayır. Mehdi Zeynalov 2015-ci il aprel ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır. Ailəli olan şəhidimiz Gülüstan kənd qəbiristanlığında dəfn olunub.