Əsgərlərə sovqat aparılıb

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Culfa rayonunda yerləşən N hərbi hissəyə Culfa Rayon İcra Hakimiyyəti tərəfindən ordu - xalq birliyinin təzahürü olaraq sosial aksiya təşkil olunub. Aksiya çərçivəsində hərbi hissəyə 1000 kq alma, 800 kq ərik, 150 kq alça, 80 kq gilənar, ümumilikdə 2030 kq meyvə təqdim edilib.