
Culfa rayonunda stolüstü tennis üzrə rayon birinciliyi keçirilib. Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yay tətilinin səmərəli keçirilməsi məqsədi ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir. Yekunda qalib idmancılar diplom və hədiyyələrlə təltif ediliblər.