"Sudan səmərəli istifadə edək" - Bənəniyar kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb

Təsərrüfatlarda mütərəqqi suvarma metodlarının tədbiqi,  suvarma suyundan səmərəli və qənaətlə istifadə olunması üçün Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq kəndlərdə yaşayan təsərrüfatçılarla görüşlər keçirir, maarifləndirici söhbətlər aparırlar. Bu məqsədlə icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Bənəniyar Bələdiyyəsinin sədri Elşən Cəfərli bu dəfə Bənəniyar kəndində olublar.