"Sudan səmərəli istifadə edək" - Kırna kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb

Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Ərəzin Bələdiyyəsinin sədri Tofiq Bayramovun iştirakı ilə sudan səmərəli istifadə edilməsi və təsərrüfatda müasir avadanlıqların tətbiqinə geniş yer verilməsi mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Bu dəfəki görüş Kırna kəndində, təsərrüfatçıların iştirakı ilə baş tutub.