"Sudan səmərəli istifadə edək" - Əlincə kənd sakinləri arasında maarifləndirici söhbətlər aparılıb

Son illərdə dünyada, o cümlədən ölkəmizdə də iqlim dəyişmələri nəticəsində içməli su ehtiyatları azalır. Buna görə də respublikamızın Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən sudan qənaətlə və səmərəli istifadə etmək üçün müasir tipli avadanlıqların istifadəsinə yönələn tədbirlər həyata keçirilir. Həmçinin bölgələrdə yaşayan insanlarla görüşlər təşkil olunaraq, maarifləndirici söhbətlər də aparılır. Bu mənada Culfa Rayon İcra Hakimiyyəti başçısı apartının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Saltaq Bələdiyyəsinin sədri Türkanə Muradova Əlincə kəndindən olan təsərrüfatçılarla görüşərək mövzu ilə bağlı söhbət aparıblar.