"Sudan səmərəli istifadə edək" - Qazançı kənd sakinləri ilə maarifləndirici söhbət aparılıb

Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişiklikləri, şirin su ehtiyatlarının azalması, digər tərəfdən suya tələbatın artması sudan səmərəli istifadə edilməsini və təsərrüfatlarda müasir texnologiyaların tətbiqini qaçılmaz edir. Bu məqsədlə rayonumzun yaşayış məntəqələrində əhali ilə görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır. Növbəti belə tədbir Qazançı kəndində baş tutub. Belə ki, Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Milax Bələdiyyəsinin sədri Dünyamalı Hacıyev kənd sakinləri ilə görüşərək mövzunun əhəmiyyətini və aktuallığını diqqətə çatdırıblar.