
Şurud kəndində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda Vətən müharibəsində xalqımızın həmrəyliyi, ordumuzun göstərdiyi şücaət və şəhidlərimizin qəhrəmanlığından bəhs ediblər.