Mütərəqqi suvarma metodlarının tədbiqi, suvarma suyundan səmərəli və qənaətlə istifadə olunması məqsədilə mütəmadi olaraq kəndlərdə təsərrüfat sahibləri ilə görüşlər keçirilir. Bu mənada keçirilən tədbirin növbəti ünvanı Culfa rayon Saltaq kəndi olub. Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Novruzov və Saltaq Bələdiyyəsinin sədri Türkanə Muradova kənd sakinləri ilə görüşərək mövzu ilə bağlı maarifləndirici söhbət aparıblar.