Teyvaz kəndində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında mühüm yer tutduğu vurğulanıb, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin şərəfli döyüş yolundan bəhs edilib.