Teyvaz kəndində səyyar vətəndaş qəbulu keçirilib

Culfa Rayon İcra Hakimiyyəti başçının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə  dekabrın 3-də Teyvaz kəndində səyyar vətəndaş qəbulu keçirilib. Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı qanunamüvafiq qaydada vətəndaşlara izah verilib, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.