
Culfa Rayon İcra Hakimiyyəti və Culfa Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsin Culfa Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Ərəzin kənd tam orta məktəbində şagirdlərin sağlamlıqla bağlı bilik və bacarıqlarının artırılması məqsədilə “Tibbi biliklərin əsasları” mövzusunda praktiki məşğələ keçirilib.
Tədbir zamanı şagirdlərə ilkin tibbi yardım, sağlam həyat tərzi və fövqəladə hallarda düzgün davranış qaydaları barədə məlumat verilib, praktiki nümunələr nümayiş etdirilib.