
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Təhsil Şöbəsi və Culfa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətindən və uşaqların hüquqi maarifləndirilməsinin vacibliyindən danışıblar.