Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı və Cuıfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında  “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqımızın rifahının artmasında gördüyü misilsiz xidmətlərindən söz açıblar. Daha sonra şagirdlər tərəfindən hazırlanan bəddi hissəyə baxış keçirilib və film nümayiş olunub.